Ordaş: Rusofobiya Rusiyanın Polşadakı sonuncu baş konsulluğunun bağlanmasına səbəb oldu - ÖZƏL

Polşadakı sonuncu Rusiya baş konsulluğunun bağlanması qərarı, Avropa ölkəsində hökm sürən casus maniyası və paranoyak rusofobiya tərəfindən təhrik edildi.

Bu barədə Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Ruptly ilə söhbətində bildirib.

O qeyd edib ki, ikitərəfli əməkdaşlıq formatlarını pozmaq, ikitərəfli müqavilələri ləğv etmək, konsulluqları və səfirlikdəki rus məktəbini bağlamaqla bağlı bütün təşəbbüslər Polşa tərəfi tərəfindən qəbul edilib.

"Bu qərar Polşa cəmiyyətində hökm sürən casus maniyası və paranoyak rusofobiya atmosferinin təsiri altında verilib", - Ordaş bildirib.

Bu gün, 22 dekabrda Rusiyanın Qdanskdakı  sonuncu baş konsulluğu bağlanıb.

Daha əvvəl Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavanın   rus diplomatlarına qarşı siyasətini sərtləşdirməyə davam etmək niyyətində olduğunu bildirmişdi.

Moskvanın Polşanın Rusiyadakı diplomatik və konsulluq iştirakını azaldacağı bildirilirdi  .

Sikorski öz növbəsində bildirib ki, ölkədəki sonuncu Rusiya baş konsulluğu Qdanskdakı fəaliyyətini dayandırır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31