Bu ölkədə güclü zəlzələ olub
17:04 DünyaYeni Qvineya adasının (Papua - Yeni Qvineya) şərqində 6,4 bal gücündə zəlzələ baş verib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Qorok şəhərindən 35 kilometr şimalda qeydə alınıb. Yeraltı ocağı isə 88 kilometr dərinlikdə olub
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur, suniami təhlükəsiz elan olunmayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31