Britaniyalı jurnalist: London ABŞ-ı Rusiya ilə birbaşa qarşıdurmaya sürükləməyə çalışır- ÖZƏL

Britaniyanın apardığı siyasət ehtiyatsız və təxribatçı xarakter daşıyır, əsas məqsəd isə ABŞ-ı Rusiya ilə qarşıdurmaya cəlb etməkdir. Olaylar.az xəbər verir ki, bu fikri TASS-a açıqlamasında britaniyalı beynəlxalq jurnalist Frank Rayt bildirib. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikovun Ukrayna kəşfiyyat xidmətlərinin Rusiyada törətdiyi terror aktları və təxribatların Britaniya kəşfiyyatının himayəsi altında həyata keçirildiyi barədə səsləndirdiyi açıqlamanı şərh edib.
Frank Raytın sözlərinə görə, əgər Britaniya hakimiyyətinin bu cür siyasəti doğrudan da mövcuddursa, bu, açıq-aşkar düşünülməmiş və təhlükəli yanaşmadır:
"Əgər belə bir siyasət həyata keçirilirsə, bu, son dərəcə ehtiyatsız və təxribatçıdır. Hesab edirəm ki, bu, Rusiyanın sərt cavab verməsinə şüurlu şəkildə təhrik etmək və nəticədə ABŞ-ı birbaşa qarşıdurmaya cəlb etmək cəhdidir", - deyə jurnalist vurğulayıb.
Onun fikrincə, bu cür addımlar beynəlxalq təhlükəsizliyə ciddi risk yaradır və böyük güclər arasında gərginliyin daha da artmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31