Kopenhagen ayağa qalxdı: Trampın Qrenlandiya addımı ABŞ–Danimarka böhranı yaratdı
16:21 DünyaDanimarka ABŞ-ın Kopenhagendəki səfirini Xarici İşlər Nazirliyinə çağırmağa hazırlaşır.
Olaylar.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı atdığı yeni addım olub.
Məsələ Trampın Danimarkanın muxtar ərazisi olan Qrenlandiya üçün xüsusi nümayəndə təyin etməsi ilə bağlıdır. Bu vəzifəyə Luiziana ştatının qubernatoru Jeff Landry gətirilib. ABŞ prezidentinin Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini açıq şəkildə dilə gətirməsi isə Kopenhagendə ciddi narazılıq doğurub.
Danimarkanın xarici işlər naziri Lars Lokke "Rasmussen TV2" telekanalına müsahibəsində sərt reaksiya verib:
"Bu təyinat və səsləndirilən bəyanat məni dərindən qəzəbləndirir. Mən bunu tamamilə qəbuledilməz hesab edirəm", - deyə o bildirib.
Nazir əlavə edib ki, ABŞ səfiri yaxın günlərdə XİN-ə çağırılacaq və Vaşinqtondan bu addımla bağlı rəsmi izahat tələb olunacaq. (Musavat.com)