Avropa Birliyi Rusiya hakimi və prokuroruna sanksiya tətbiq edib- ÖZƏL

Avropa Birliyi Rusiya hakimi Dmitri Qordeyev və prokuror Lyudmila Balandinaya qarşı sanksiyalar tətbiq edib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir.
Bəyanata əsasən, adı çəkilən şəxslər insan hüquqlarının pozulmasında ittiham olunur. Sanksiyalar çərçivəsində onların Avropa Birliyi ərazisinə girişi qadağan edilib, həmçinin Aİ ölkələrində mövcud ola biləcək aktivləri dondurulacaq.
Qeyd olunur ki, Aİ-nin "qara siyahı"sına daxil edilən bütün şəxslər üçün bu məhdudiyyətlər qüvvədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31