Kiyev DXR-in bütün ərazisi üzərində nəzarəti itirəcəyini anlayır- ÖZƏL

Ukrayna hakimiyyəti sonda Donetsk Xalq Respublikasının (DXR) qalan əraziləri üzərində nəzarəti itirəcəyini anlayır. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Britaniyanın UnHerd saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Donetsk üzərində tam ərazi nəzarəti əldə etməyə çalışır və ukraynalılar bunu ciddi təhlükəsizlik problemi kimi qiymətləndirirlər. Vens qeyd edib ki, Kiyev bunu rəsmi şəkildə etiraf etməsə də, qapalı müzakirələrdə Donetski itirməyin qaçılmaz ola biləcəyini qəbul edir.
ABŞ-ın vitse-prezidenti hesab edir ki, bu proses yaxın 12 ay ərzində və ya daha sonrakı dövrdə baş verə bilər. O əlavə edib ki, ərazi güzəştləri məsələsi Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların qarşısında duran əsas maneələrdən biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31