Vens: Ukrayna danışıqlarında irəliləyiş əldə olunub- ÖZƏL

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Mayamidə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin rəhbərlik etdiyi heyətlə aparılan məsləhətləşmələrdən sonra Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. Olaylar.az xəbər verir ki, Vens bildirib ki, "Bu gün səhər danışıqlarda iştirak edən nümayəndələrimizdən yenilənmiş məlumat aldım. Mən hesab edirəm ki, əldə etdiyimiz irəliləyiş ondan ibarətdir ki, bütün məsələlər artıq açıq şəkildə müzakirə olunur", - deyə o, Böyük Britaniyanın UnHeard portalına müsahibəsində bildirib.
Cey Di Vens ABŞ-ın yüksək vəzifəli rəsmi olaraq, beynəlxalq diplomatiyada Ukrayna ilə bağlı gedişatın açıq şəkildə müzakirə olunmasının əhəmiyyətini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31