Rusiya yeni silah üzərində işləyir
13:52 DünyaQərbin iki NATO ölkəsinin kəşfiyyat orqanları Rusiyanın "Starlink" peyklərinə qarşı istifadə olunması nəzərdə tutulan yeni silah hazırladığından şübhələnir.
Olaylar.az xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, sözügedən silah peyklərin orbitlərinə yüz minlərlə xırda qranul səpməyə yönələcək.
Bu qranullar kosmik obyektləri skan edən mövcud sistemlər tərəfindən asanlıqla aşkar olunmur və eyni anda bir neçə peyki sıradan çıxarmağa, həmçinin digər orbital sistemlərə də əlavə zərər vurmağa imkan verə bilər.
Hesabatda qeyd olunur ki, Rusiya "Starlink" peyklərini xüsusilə ciddi təhlükə kimi qiymətləndirir. Çünki bu sistem Ukrayna hərbçilərinə, eləcə də mülki şəxslərə (o cümlədən dövlət məmurlarına) internetdən istifadə imkanı yaradır - həm döyüş meydanında, həm də ənənəvi rabitə infrastrukturu dağıdılmış ərazilərdə.
Mütəxəssislər hesab edirlər ki, bu tip silah son dərəcə risklidir və kosmosda nəzarətdən çıxan xaos yarada, eləcə də Rusiyanın özü və onun müttəfiqi Çin üçün ciddi problemlər doğura bilər.
AP kəşfiyyat məlumatlarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayır. United States Space Force və Fransanın kosmik hərbi strukturları sənədi şərh etməkdən imtina ediblər.
Qeyd edək ki, İlon Maska məxsus "Starlink" sistemi Ukraynada müharibə dövründə rabitənin əsas elementlərindən biri kimi istifadə olunur. (Musavat.com)