2025-ci ildə Almaniyada 1000-dən çox naməlum PUA aşkar edilib- ÖZƏL

2025-ci il ərzində Almaniyada 1000-dən çox naməlum pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Ən çox bu dronlar hərbi obyektlər, hava limanları, müdafiə müəssisələri və limanlar kimi kritik infrastruktur sahələrində müşahidə olunub. Olaylar.az xəbər verir ki, Almaniyanın Federal Cinayət Polisləri İdarəsinin rəhbəri Holqer Münx bildirib ki, ölkə səmasında yalnız tək-tək dronlar deyil, həm də "dron sürüləri" - yəni koordinasiya olunmuş qrup uçuşları müşahidə olunub. Onun sözlərinə görə, bu aparatların hansı ölkəyə aid olduğunu müəyyən etmək çətindir.
Münx əlavə edib ki, naməlum dron operatorlarının yalnız bir qismi müəyyən olunub, lakin hüquq-mühafizə orqanları çoxlarını izləyə bilməyib, bəziləri isə hələ də gizlənir.
Bu xəbər Almaniyada hava təhlükəsizliyi və kritik infrastrukturun qorunması məsələlərinin aktuallığını bir daha önə çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31