Peskov:Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edir
13:01 DünyaKreml Azərbaycan Prezidenti İlham Əliyevin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqa planlaşdırılan səfərinin baş tutmamasına anlayışla yanaşıldığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskovun sözlərinə görə, səfərin ləğvi ikitərəfli münasibətlərə heç bir mənfi təsir göstərmir və tərəflər arasında əməkdaşlıq əvvəlki tempdə davam edir.
"Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edir", - deyə Kreml sözçüsü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31