Rusiya gizli səfərbərliyə hazırlaşır
11:04 DünyaRusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə könüllülərin "tükənməsini" kompensasiya etmək üçün ehtiyatda olanların gizli səfərbərliyinə hazırlaşır.
Bu barədə Müharibə Təhqiqatları İnstitutunun (ISW) yeni hesabatında deyilir.
Analitiklər Rusiya liderinin 8 dekabr fərmanından dolayı bu nəticəyə gəliblər.
Sənədə görə, 2026-cı ildə müəyyən sayda ehtiyatda olanların məcburi xidmət və hərbi təlim üçün çağırılmasına icazə verilir.
Lakin hesabat müəllifləri Putinin genişmiqyaslı səfərbərliyə əl atacağını istisna edirlər./axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31