Dumadan yeni mürtəce qanun

Rusiya Dövlət Duması yeni qalmaqallı qanun layihəsi qəbul edib.

Olaylar.azxəbər verir ki, Duma deputatları ikinci və üçüncü oxunuşda Rusiyanın vətəndaşlıq andını qəbul etmək üçün minimum yaşın 18-dən 14-ə endirilməsini nəzərdə tutan qanunu təsdiqləyiblər.

Sənəddə həmçinin dəqiqləşdirilir ki, şəxs and içməkdən imtina edərsə, onun vətəndaşlığa qəbul edilməsi barədə qərar ləğv olunacaq. Eyni qayda ərizəçinin vəfatı səbəbilə andın qəbul edilməməsi halına da şamil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31