Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Brüsselə işgüzar səfərə gedir- ÖZƏL

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan 2-3 dekabr tarixlərində Brüsselə işgüzar səfər edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək. Müzakirələrdən sonra saat 14:30-da Ararat Mirzoyan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.
Dekabrın 3-də isə Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci Sammitində çıxış edəcək. Səfər çərçivəsində həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31