Tramp MRT müayinə nəticələrini ictimailəşdirəcəyinə söz verib

ABŞ Prezidenti Donald Tramp oktyabr ayında keçirdiyi maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsinin nəticələrini ictimailəşdirəcəyini bildirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Əgər bunun dərc olunmağını istəyirsinizsə, mən bunu dərc edərəm",- deyə o bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, müayinənin nəticələri ideal olub.

"Bu, sadəcə MRT idi. Bədənimin hansı hissəsi? Bu beyin deyildi, çünki mən idrak qabiliyyəti testindən keçmişəm və onu "əla" nəticə ilə yerinə yetirmişəm", - deyə amerikalı lider əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31