Aİ Frontex-in səlahiyyətlərini genişləndirə bilər- ÖZƏL
15:02 DünyaAvropa İttifaqı (Aİ) Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi - Frontex-in funksiyalarını genişləndirməyi nəzərdən keçirir. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv daxili sənədlərə istinadən məlumat yayıb. Məlumata görə, Aİ ölkələri Frontex-in strukturuna pilotsuz uçuş aparatlarının (PUA) operatorları, kibermüşahidə bölmələri, eləcə də süni intellekt əsasında vəziyyəti monitorinq edən qrupların daxil edilməsini müzakirə edir. Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen gələn il Frontex-in mandatına yenidən baxılacağını bəyan etmişdi. Bu məsələ Aİ-nin 2026-cı il iş planına da daxil edilib.
Hazırda Frontex Aİ-nin xarici sərhədlərinin mühafizəsində üzv dövlətlərə dəstək göstərir, transmilli cinayətkarlıqla mübarizədə iştirak edir, məlumat toplayır və readmissiya proseslərinə köməklik edir.