Qazaxıstanda süni intellekt (Sİ) ilə müəllif hüquqlarının qorunmasına dair yeni qaydalar qüvvəyə minib – ÖZƏL

Qazaxıstanda Süni İntellektdən (Sİ) istifadə zamanı müəllif hüquqlarının qorunmasına dair yeni qaydalar qüvvəyə minib.

Olaylar.az xəbər verir ki, "Bilmək hüququ" Telegram-kanalının məlumatına görə:
Sİ nəticələri yalnız o halda müəllif hüququ obyekti sayıla bilər ki, insan bu nəticələrə əhəmiyyətli yaradıcı töhfə vermiş olsun. Sadəcə sorğu əsasında mətn və ya şəkil generasiya etmək kifayət deyil; istifadəçinin prosesi idarə etməsi, konseptual qərarlar qəbul etməsi və intellektual töhfə verməsi vacibdir.

Sİ-ə verilən sorğular (promptlar) da özləri yaradıcı fəaliyyətin nəticəsi olarsa, mühafizə altına düşə bilər. Belə mürəkkəb və orijinal sorğular müəllifin razılığı olmadan istifadə edilə bilməz və şirkətlər üçün intellektual mülkiyyətin tamhüquqlu elementi ola bilər.

Sİ-in öyrədilməsinə xüsusi diqqət yetirilib. Artıq Sİ-in öyrədilməsi təhsil və ya elmi məqsədlərə bərabər tutulmur. Başqalarına məxsus mətn və əsərlərin öyrədici verilənlər dəstlərində (datase-lərdə) istifadəsi üçün hüquq sahibinin razılığı tələb olunur, çünki bu, məzmunun tamhüquqlu istifadəsi (çoxaltma, emal və analizlə) hesab olunur.

Müəlliflər öz əsərlərinin Sİ-in öyrədilməsi üçün istifadəsini məhdudlaşdırmaq imkanı qazanıblar. Bunun üçün qadağa maşın tərəfindən oxuna bilən şəkildə, məsələn, xüsusi nişanlar, giriş parametrləri və ya lisenziya şərtləri vasitəsilə müəyyən edilməlidir.

Qanun rəsmi dərc edildikdən 60 gün sonra, yəni 18 yanvar 2026-cı il tarixində qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31