Minlərlə uçuş dayandırılıb- BU ÖLKƏDƏ...

ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən ən azı 8 min aviareys ləğv edilib və ya gecikib.

Bu barədə CBS News ixtisaslaşmış FlightAware portalına istinadən məlumat yayıb.

Portalın məlumatına görə, yalnız 30 noyabr tarixində 7 460 uçuş gecikib, daha 664 uçuş isə tamamilə ləğv edilib.

Meteoroloqlar bundan əvvəl ABŞ-ın bir neçə ştatında qar və güclü soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdilər. CBS News-un məlumatına əsasən, ən çox gecikmə və ləğvlər Boston (Massaçusets), Detroyt (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo (İllinoys) hava limanlarında qeydə alınıb./Ajans.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31