Hollandiya Ukraynaya 250 milyon avroluq əlavə hərbi yardım ayırdı- ÖZƏL
13:12 DünyaHollandiya Ukraynaya sursat və hava hücumundan müdafiə sistemləri üçün əlavə 250 milyon avro ayıracağını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısı ərəfəsində məlumat verib. Onun sözlərinə görə, yardım ABŞ və NATO tərəfindən yaradılmış PURL (Prioritised Ukraine Requirements List) təşəbbüsü vasitəsilə həyata keçiriləcək. Bu mexanizm Avropa dövlətlərinə Ukrayna üçün lazım olan silah və sursatı ABŞ ehtiyatlarından sürətli şəkildə almağa imkan verir. "Bu gün Ukrayna üçün PURL vasitəsilə 250 milyon avro ayırdığımı elan edirəm. Bu, çox qısa müddətdə hava hücumundan müdafiə üçün daha çox sursat, F-16-lar üçün lazım olan materiallar və digər avadanlıqları əldə etməyin yeganə yoludur", - Brekelmans bildirib.
PURL təşəbbüsü ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən 14 iyulda işə salınıb. Mexanizmə əsasən, NATO müttəfiqləri ABŞ anbarlarındakı silahları Ukrayna üçün satın alır və bu istiqamətdə təchizat hər iki-üç həftədən bir həyata keçirilməlidir.
Rusiya Xarici İşlər Nazirliyi isə dəfələrlə bəyan edib ki, Qərb silahlarının göndərilməsi Kiyevə döyüş meydanında üstünlük qazandırmayacaq və bu texnika Rusiya ordusu tərəfindən ardıcıl şəkildə məhv ediləcək.