Ermənistanın keçmiş müdafiə naziri komissiya sənədlərinə çıxış tələb edir
12:44 DünyaErmənistanın keçmiş müdafiə naziri David Tonoyan bildirib ki, 2020-ci il müharibəsini araşdıran komissiyanın sənədləri ilə tanış olmasına qoyulan məhdudiyyətlər qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
O qeyd edib ki, protokolları və hesabatı görmək istəyi "kapriz" kimi təqdim edilə bilməz, çünki bu onun qanunla təsbit edilmiş hüququdur.
Tonoyan vurğulayıb ki, lazım gəldikdə protokollara düzəliş edilməsini, komissiya sənədlərinə izah verilməsini və öz mövqeyinin əsaslandırılmasını tələb etmək hüququna malikdir. Keçmiş nazir məxfilik məhdudiyyətlərinə eyhamları da əsassız adlandırıb:
"İcazə verilməsi-verilməməsi kimi yanaşmalar qəbuledilməzdir. Bu, mənim tutduğum vəzifələr fonunda daha da məntiqsiz görünür".
O, bu ilin sentyabrında nəşr edilən "Ordu, siyasət və müharibə" adlı kitabına da istinad edərək komissiya iclaslarında iştirak etməyi uzun tərəddüd və düşüncədən sonra qəbul etdiyini deyib. (Musavat.com)