Şor sosial layihələrini hökumət təzyiqi səbəbindən dayandırdı- ÖZƏL

Moldovadakı müxalifət bloku "Qələbə"nin rəhbəri, iş adamı İlan Şor hökumətin təzyiqi ilə ölkədə sosial layihələrini dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.Olaylar.az xəbər verir ki, o, Telegram kanalında yazıb: "Bu gün ağır ürəklə elan edirəm ki, Moldovada insanlara dəstək olan sosial layihələrimi bağlamağa məcburam. Bizim köçürdüyümüz vəsaitlər tamamilə bloklanır, əməkdaşlarımız həbs olunur - siz bunu görür və bilirsiniz." Məlumatda qeyd olunur ki, layihələr əhali üçün həyati əhəmiyyət kəsb edən yardımları təmin edirdi və Şor bunun dayandırılmasının qaçılmaz olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31