Kallas: ABŞ Ukrayna üzrə danışıqların nəticələrini Aİ-yə bildirməyib- ÖZƏL
12:13 DünyaAvropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Kaya Kallas bildirib ki, ABŞ Ukrayna və Amerika tərəfi arasında Floridada keçirilmiş danışıqların nəticələri barədə Aİ-ni məlumatlandırmayıb. Olaylar.az xəbər verir ki, Kallas deyib: "Bu, danışıqlar üçün həlledici həftə ola bilər. Biz danışıqların mürəkkəb, amma məhsuldar olduğunu eşitmişik. Hələ nəticələrdən xəbərimiz yoxdur. Bu gün Ukrayna müdafiə və xarici işlər nazirləri ilə danışacağam."
ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 30-da Amerika Birləşmiş Ştatlarının Florida ştatının cənubunda keçirilib. ABŞ tərəfdən görüşdə dövlət katibi Marko Rubio, prezident Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və prezidentin qayını Jared Kuşner iştirak edib. Ukrayna tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümerov və Xarici İşlər Nazirliyinin birinci müavini Sergey Kislica görüşdə yer alıb.
Danışıqların sonunda Rubio görüşləri konstruktiv adlandırıb, lakin hələ görüləsi çox işin olduğunu vurğulayıb. O əlavə edib ki, ABŞ sülh yolu ilə nizamlanma məsələsində nikbin olsa da, ümumilikdə realist mövqe tutur.