Ermənistan kilsəsində gərginlik: Arşak Xaçatryan ətrafındakı iddialar və yepiskopların tələbi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Baş yepiskop Arşak Xaçatryan öz ətrafındakı vəziyyətə aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.

Qeyd edək ki, bir neçə həftə əvvəl internetdə Baş yepiskop Arşak Xaçatryanla əlaqəli olduğu iddia edilən yaraşmayan video materiallar yayılmışdı. Baş yepiskop özü bu videolara heç bir aidiyyəti olmadığını və materiallarda onun olmadığını bildirmişdi.

Lakin Ermənistan İstintaq Komitəsi (İK) bu faktla bağlı cinayət işi başladıb və videoların həqiqiliyini təsdiq edən açıqlamalar verib.
Bundan sonra internetdə, yepiskopların Ermənilərin Ümumdünya Katolikosundan Baş yepiskop Arşakı Eçmiədzin Ana Taxtından uzaqlaşdırmağı və onun səlahiyyətlərini dondurmağı tələb edən bir bəyanat mətni yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31