Tramp Maduro ilə telefonla danışıb: “Könüllü şəkildə...”

ABŞ prezidenti Donald Tramp dünən Venesuela prezidenti Nikolas Maduro ilə əvvəllər telefonla danışdığını təsdiqləyib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı Maduro ilə danışıb-danışmadığını dəqiqləşdirmək istəyən jurnalistlərə belə cavab verib: "Bu barədə şərh vermək istəmirəm, amma cavab "bəli"dirchr("39")".

Tramp söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.

O, bunu Şükranlıq gününü keçirdiyi Floridadan Vaşinqtona gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırırarkən deyib.

"The Wall Street Journal" qəzetinin əvvəllər mənbələrə istinadən verdiyi məlumata görə, Ağ Ev sahibii Maduroya telefon danışığında bildirib ki, əgər könüllü olaraq vəzifəsindən ayrılmasa, Vaşinqton güc tətbiq edə bilər.

Qeyd edək ki, son həftələrdə ABŞ Venesuelanı hərbi müdaxilə ilə təhdid edir, bu ölkənin sahillərindən ayrılan qayıqları narkotik qaçaqmalçısı hesab edərək vurur. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31