Polşanın XİN rəhbəri: Prezidentin ardıcıl vetoları dövləti iflic həddinə gətirir- ÖZƏL
11:04 DünyaPolşanın xarici işlər naziri Radoslav Sıkorski prezident Karol Navrockinin hökumətin qanun layihələrinə ard-arda veto qoymasını ölkə idarəçiliyini iflic vəziyyətinə gətirən proses kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, Sıkorski "X" sosial platformasında yazıb ki, 1997-ci il Konstitusiyasına əsasən prezident vetosunun məqsədi "qanunun aliliyini qorumaqdır", hökumətə qarşı siyasi alət kimi istifadə olunmaq deyil. Nazir bildirib:
"Məncə, bu veto çox güclüdür və dövlətin iflicinə səbəb olur." 27 noyabrda prezident Navrocki iki qanun layihəsinə -Seçki Məcəlləsinə dəyişikliklər və ailə fondlarının vergiyə cəlb edilməsi ilə bağlı sənədlərə veto qoyub. Prezident bununla bağlı açıqlamasında vetonu yalnız "vətəndaşların maraqları, qanunun şəffaflığı və dövlətin sabitliyi tələb etdikdə" tətbiq etdiyini deyib.
Bundan əvvəl, noyabrın əvvəlində Navrocki hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin 130 əməkdaşına yeni rütbələrin verilməsi haqqında qərarı da imzalamaqdan imtina etmişdi. Baş nazir Donald Tusk həmin addımı "prezidentin hökumətlə apardığı müharibənin növbəti mərhələsi" kimi dəyərləndirmişdi. Navrocki isə əvəzində Tusku "xüsusi xidmət orqanlarından siyasi məqsədlərlə istifadə etməkdə" ittiham etmişdi.