Hindistanın Rusiyadan almaq istədiyi silahlar bunlardır
10:36 DünyaRusiya prezidenti Vladimir Putinin Nyu-Dehliyə qarşıdakı səfəri zamanı Hindistan yeni müdafiə müqavilələri, xüsusən də Rusiya qırıcı təyyarələrinin və raketdən müdafiə sisteminin alınması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, müzakirələr "Tramp administrasiyası Nyu-Dehli ilə Moskva arasında hərbi əməkdaşlığı azaltmağa çalışarkən" planlaşdırılır: "Münasibətləri xüsusi və imtiyazlı strateji tərəfdaşlıq kimi təyin olunan Hindistan və Rusiya, beşinci nəsil Su-57 qırıcı təyyarələrinin mümkün tədarükünü, eləcə də S-500 raketdən müdafiə sisteminin modernləşdirilmiş versiyasını əldə etmək perspektivlərini müzakirə etmək niyyətindədirlər. Hindistan və Rusiya arasında potensial razılaşma, ənənəvi olaraq Moskva ilə Hindistanın müdafiə əməkdaşlığının genişləndirilməsinə qarşı çıxan və Rusiya silah alışı ilə bağlı narahatlığını bildirən ABŞ ilə Yeni Dehlinin ticarət müqaviləsini çətinləşdirə bilər".
Qeyd edək ki, 28 noyabrda Hindistan müdafiə nazirinin müavini Rajeş Kumar Sinqh ölkəsinin Rusiya prezidenti Vladimir Putinin 4-5 dekabr tarixlərində Yeni Dehliyə dövlət səfəri zamanı əlavə Rusiya S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükünü müzakirə edə biləcəyini açıqladı. Onun sözlərinə görə, "bu məsələnin müzakirəsi istisna edilmir, lakin bu məsələ ilə bağlı heç bir açıqlama gözlənilməməlidir". O, Rusiya lideri ilə danışıqlar zamanı müdafiə əməkdaşlığının daha geniş aspektlərinin müzakirə olunacağını qeyd edib. Sinq xatırladıb ki, Hindistanın "Rusiya ilə böyük müdafiə proqramı var". (Musavat.com)