Bu ərazidə BÖYÜK ƏMƏLİYYAT - Hamısı məhv edildi

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) və Suriya Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri 24-27 noyabr tarixləri arasında Suriyanın cənubunda keçirilən birgə əməliyyatlarda 15-dən çox İŞİD silah anbarını aşkar edərək məhv ediblər.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM-dan verilən yazılı açıqlamada əməliyyatların Suriya Daxili İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə aparıldığı və İŞİD-in bölgədə yenidən təşkil edilmə cəhdlərinə qarşı atılan əhəmiyyətli bir addım olduğu bildirilib.

Əməliyyat zamanı minaatan və raket sursatları, müxtəlif kalibrli silahlar, pulemyotlar, tank əleyhinə minalar və partlayıcı qurğuların istehsalında istifadə olunan materialların məhv edildiyi bildirilib.

CENTCOM komandiri Bred Kuper əməliyyatların İŞİD-in bölgədə yenidən hakimiyyətə gəlməsinin qarşısını almağı hədəflədiyini vurğulayaraq deyib: "Bu uğurlu əməliyyat təşkilatın hücum qabiliyyətini daha da zəiflədib. İŞİD-in ABŞ və müttəfiqləri üçün təhlükə yaradan bir səviyyəyə çatmasına imkan verməyəcəyik".

ABŞ-ın Suriyadakı səfirliyi isə Suriyanın İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulduğunu elan edib. Suriya hökuməti İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulan 90-cı tərəfdaş olub. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31