İsrail mediası: İranın hərbi gücünün sürətli artımı narahatlıq doğurur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Al Jazeera-nın məlumatına görə, İsrail mediası təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən bildirir ki, İranın artan hərbi potensialı Təl-Əviv təhlükəsizlik xidmətləri üçün ciddi narahatlıq yaradır.

Xəbərlərdə qeyd olunur ki, xüsusilə İranın hərbi gücünün artım sürəti İsrail tərəfi tərəfindən diqqətlə izlənilir və risk faktorlarından biri kimi qiymətləndirilir.

Bundan əvvəl Yediot Aharonot qəzeti də məlumat vermişdi ki, İran raket imkanlarını yüksək tempdə genişləndirir.

Məlumatlara əsasən, 12 günlük müharibə zamanı İsrailin bir sıra həssas bölgələri, o cümlədən gizli kəşfiyyat mərkəzləri və bioloji laboratoriyaları raket hücumlarının hədəfinə çevrilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31