ABŞ və Ukrayna Kiyevin NATO-ya üzvlük imkanının məhdudlaşdırılması ssenarisini müzakirə edib- ÖZƏL
10:23 DünyaABŞ və Ukrayna nümayəndələri Floridada keçirilən danışıqlarda Kiyevin NATO-ya üzv olmaq imkanının faktiki olaraq məhdudlaşdırıla biləcəyi sülh ssenarisini müzakirə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, sözügedən razılaşmalar NATO üzvləri və Rusiya ilə ayrı-ayrı şəkildə razılaşdırılmalıdır və nəticədə Ukrayna de-fakto alyansa qoşulmaq imkanından məhrum ola bilər.
"Ukraynadan bu məqsəddən rəsmi və ya hüquqi olaraq imtina tələb olunmayacaq. Lakin əgər ABŞ Rusiya ilə ikitərəfli şəkildə hansısa razılığa gəlmək istəsə və ya Moskva NATO-dan çoxtərəfli təminatlar almağa çalışsa, o zaman Ukrayna bu prosesə cəlb olunmayacaq", - mənbə bildirib. CNN-in məlumatına görə, bu, müharibənin potensial diplomatik həlli variantlarından biri kimi müzakirə olunur.