Fransa XİN: Ukraynada sülh yalnız Putin Sovet İmperiyasını bərpa etmək planlarından əl çəksə mümkündür – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro La Tribune Dimanche qəzetinə verdiyi müsahibədə bildirib ki, Ukraynada sülhə yalnız Rusiya prezidenti Vladimir Putin sovet imperiyasını bərpa etmək planlarından imtina etsə nail olmaq olar.

"Biz dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlarda qəbul etməyə şadıq. Sülhə yalnız o halda nail olmaq olar ki, Putin Ukraynanı işğal etməkdən başlayaraq, Sovet imperiyasını bərpa etmək barədəki puç ümidindən əl çəksin. Ukrayna yalnız ukraynalılara məxsusdur," deyə Fransanın xarici siyasət idarəsinin rəhbəri bəyan edib.

Nazirin sözlərinə görə, Putinin Ukrayna və onun müttəfiqləri tərəfindən Cenevrədə keçirilən danışıqlar zamanı hazırlanmış sülh sənədinə ciddi yanaşmaq üçün əsasları var. Xüsusilə, Barroya görə, Putinin ordusu döyüş meydanında uğur qazana bilmir.

Barro həmçinin qeyd edib ki, əgər Rusiya hakimiyyəti sülh planı və Ukraynaya qarşı müharibənin başa çatması ilə razılaşmasa, o zaman Avropa İttifaqının yeni sanksiyalarına hazırlaşmalı olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31