Bu ölkədə təhlükə həyəcanı: Paytaxtla bağlı qırmızı xəbərdarlıq verildi
08:29 DünyaYunanıstanda quraqlıq təhlükəsi kritik həddə çatıb. Cümə günündən etibarən rəsmi olaraq "qırmızı" həyəcan səviyyəsi qüvvəyə minəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Tullantı, Enerji və Su Tənzimləmə Təşkilatından (EYDAP) açıqlama verilib.
Eyni xəbərdarlığın yaxın günlərdə Patmos və Leros adalarında da tətbiq olunacağı gözlənilir. Qərar Afina Milli Texniki Universitetinin apardığı risk təhlilləri və mövcud su ehtiyatlarının vəziyyəti əsasında qəbul edilib.
Mütəxəssislər bildirirlər ki, paytaxtın əsas su mənbəyi olan Mornos bəndində vəziyyət son dərəcə gərgindir. Suyun səviyyəsi son 15 ilin minimum həddinə enib.
EYDAP-ın son açıqlamasına görə, 23 oktyabr 2025-ci il tarixinə bənddəki suyun həcmi 156,9 milyon kubmetrədək azalıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45 faiz aşağıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qarşıdakı qış mövsümündə yetərli yağıntı olmazsa, ehtiyatlar cəmi bir il yetə bilər.