Putindən Avropa İttifaqına gözlənilməz reverans: Əməkdaşlığa hazırıq
08:15 DünyaƏgər Avropa İttifaqı istəsə, Rusiya Brüssellə iqtisadi əməkdaşlığa hazırdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə deyib. O, bildirib ki, Brüssel qarşılıqlı əlaqəni bərpa etmək qərarına gələrsə, Moskva Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığa hazırdır.
Putinin sözlərinə görə, Aİ ilə hər hansı yeni iqtisadi əlaqələr Moskva üçün problem yaratmayacaq və Rusiya tərəfi kommersiya və investisiya sahələrində dialoqa açıqdır. Lakin prezident əməkdaşlıqla əhatə oluna biləcək konkret sektorları və ya layihələri dəqiqləşdirməyib və tərəfdaşlıq etməyə hazır olması barədə ümumi açıqlamalarla kifayətlənib. Putin açıq şəkildə bildirib ki, Rusiyanın mümkün birgə layihələrə "heç bir etirazı yoxdur" və bütün maraqlı tərəflərlə işləməyə hazırdır.