Makron Fransada könüllü hərbi xidmətin tətbiqini elan edib
16:44 DünyaFransa gənc vətəndaşlar üçün könüllü hərbi xidmətin tətbiqinə başlayır. Bu addım dövlətin müqavilə əsasında peşəkar hərbi xidmətlə yanaşı ölkənin "gözlənilən çağırış və təhdidlərə" reaksiyası kimi nəzərdə tutulub.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın prezidenti Emmanuel Makron İzer departamentində yerləşən hərbi bazada hərbçilə qarşısında çıxışı zamanı bəyan edib.
"Biz hərbi çağırış sisteminə qayıda bilmərik, lakin öz müdafiəmiz üçün millətin səfərbər olunmasına ehtiyacımız var. Bu və ya digər düşmənə qarşı yox, hazırlıqlı olmaq və bizə hörmət edilməsini təmin etmək üçün. Bəs gəncliyimizin enerjisindən necə faydalana və millətimizi gözlənilən çağırışlara və təhdidlərə necə hazırlaya bilərik? Yeni milli xidmət proqramı gələn yaydan etibarən qüvvəyə minəcək", - deyə o vurğulayıb.