SON DƏQİQƏ! İki ölkə arasında münasibətlər TAMAMİLƏ KƏSİLDİ

Rusiya Xarici İşlər Nazirliyi İrkutskda fəaliyyət göstərən Polşa konsulluğunun icazəsini ləğv etdiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu addım Polşanın Qdanskdakı Rusiya konsulluğunu bağlamasına qarşı "tam qarşılıqlılıq prinsipi" əsasında atılıb.

Moskva Polşa səfiri Kşiştof Krayevskini nazirliyə çağıraraq ona rəsmi nota təqdim edib. Açıqlamada Qdansk konsulluğunun "əsassız səbəblər və qeyri-dost addımlar" fonunda bağlandığı vurğulanıb.

Rusiya tərəfi bildirir ki, bu qərar nəticəsində ölkə ərazisindəki son Polşa konsulluğu da fəaliyyətini dayandıracaq. Varşava isə Qdanskdakı Rusiya konsulluğunu 19 noyabrda ölkədəki dəmir yolu təxribatı ilə bağlı atılmış cavab addımı kimi bağlamışdı.

Kremlin nümayəndəsi Dmitri Peskov Polşanın qərarını kəskin tənqid edərək bunun iki ölkə arasında diplomatik əlaqələri daha da gərginləşdirdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31