Krım körpüsünü partladan ermənilərə hökm oxundu

Rusiyanın Cənub Dairə Hərbi Məhkəməsi 2022-ci ildə Krım körpüsünə terror hücumunda iştirak edən səkkiz təqsirləndirilən şəxsi ömürlük həbs cəzasına məhkum edib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Məhkəmə təqsirləndirilən şəxslərin günahkar bilinməsi və ömürlük həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Artyom Azatyan, Georgi Azatyan, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyajelıx, Roman Solomko və Artur Terçanyan Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsi (terror aktı) və Rusiya Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin 4-cü hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması, göndərilməsi və ya daşınması) ilə ittiham olunurdular. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31