Putindən KTMT ilə bağlı yeni çağırış: "Rusiya müttəfiqlərə öz döyüş silahlarını..."

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hərbi potensialın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, təşkilatın gələcək təhlükəsizlik arxitekturasında aviaksiya qüvvələrinin genişləndirilməsi və müasir hava hücumundan müdafiə sistemlərinin inkişafı əsas prioritetlərdən biri olmalıdır.

Putin həmçinin KTMT ölkələrinin birgə təhlükəsizlik imkanlarını gücləndirmək üçün kütləvi silahlandırma proqramının başladılmasını təklif edib:

"KTMT qüvvələrinin, xüsusilə də özünü döyüşlərdə təsdiqləmiş Rusiya silahları ilə genişmiqyaslı təchizatı vacibdir".

Kremlin təklifinə görə, təşkilata üzv ölkələr rus ordusunun real döyüşlərdə sınaqdan keçmiş silah və texnikalarını daha sürətli və böyük həcmdə əldə etməlidir. Bu, həm döyüş hazırlığını artırmaq, həm də KTMT daxilində vahid standart yaratmaq məqsədi daşıyır. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31