AI Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin hazırlıqlarına başlayır - KİV

Avropa İttifaqı 2026-cı ilin əvvəlindən etibarən Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketinin layihəsini hazırlamağa başlayacaq.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyası yeni məhdudlaşdırıcı ölçülərlə bağlı təklifləri yanvar ayından etibarən nəzərdən keçirəcək.

Qeyd olunub ki, yeni sanksiyalar başlıca olaraq Rusiya Federasiyasının enerji resurslarından əldə etdiyi gəlirlərin məhdudlaşdırılmasına, eləcə də Rusiyanın "kölgə" donanmasına hədəflənə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31