Türkiyədə zəlzələ olub

Türkiyənin Egey dənizi sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 05:08-də baş vermiş zəlzələnin episentri Egey dənizində, yeraltı ocağı 8,73 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31