ABŞ rəsmisi: Vaşinqtondakı atışmanın Ağ Evi hədəf aldığına dair sübut yoxdur
02:00 DünyaMusavat.com xəbər verir ki, ABŞ Gizli Xidmətinin rəsmi nümayəndəsi Entoni Gulyelmi Vaşinqtonda baş verən silahlı hücumun Ağ Evə qarşı yönəldiyi barədə ehtimalları təkzib edib.
Rəsmisinin sözlərinə görə, hazırkı araşdırma nəticələri insidentin prezident iqamətgahını hədəf aldığını göstərmir:
"Ağ Evə qarşı yönəlmiş hücum olduğuna dair heç bir dəlil yoxdur", - Gulyelmi bəyan edib.
Hazırda istintaq davam edir və təhlükəsizlik qurumları hadisənin motivlərini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31