Hücumçu saxlanıldı
27 Noyabr 2025 00:50 DünyaVaşinqtonda Ağ Ev yaxınlığında baş vermiş silahlı insidentdən sonra hücumçunun saxlanılması anını əks etdirən görüntülər ABŞ mediasında yayılıb.
Kadrlarda polis və federal xüsusi xidmət əməkdaşlarının şübhəli şəxsi yerə yıxaraq nəzarət altına alması, ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi açıq şəkildə görünür.
Xatırladaq ki, atışma nəticəsində iki Milli Qvardiya hərbçisi ağır yaralanıb və hazırda vəziyyətləri kritik olaraq qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp hücumçunun "sərt şəkildə cəzalandırılacağını" bəyan edib.
Hadisə ilə bağlı araşdırma davam edir, təhlükəsizlik qüvvələri insidentin motivlərini müəyyənləşdirməyə çalışır.Musavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31