Tramp Ağ Ev yaxınlığındakı atışmaya münasibət bildirdi

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdən bir neçə küçə aralıda baş verən silahlı hücumla bağlı açıqlama yayıb.

Tramp bildirib:

"İki Milli Qvardiya üzvünü güllələyən şəxs saxlanılıb. Hər iki hərbçi ağır yaralanıb və ayrı-ayrı xəstəxanalara yerləşdirilib".

Tramp həmçinin vurğulayıb ki, hadisəni törədən şəxs "ən sərt şəkildə cəzalandırılacaq".

Hadisə ilə bağlı araşdırma davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31