Yakutiya müharibə iştirakçılarına ödənişləri dayandırdı - pul yoxdur

Yakutiya hakimiyyəti büdcə kəsiri səbəbindən "xüsusi əməliyyat" iştirakçılarına ödənişləri müvəqqəti olaraq dayandırıb.

Yakutiyanın maliyyə naziri İvan Alekseyev bu barədə "NVK Saxa" televiziya kanalındakı "İnniki Kuenne" verilişində məlumat verib. O, regionun maliyyələşdirmə çatışmazlığı ilə üzləşdiyini və buna görə də ödənişlərin dayandırıldığını bildirib. Lakin rəsmi şəxs lazımi vəsaitin artıq tapıldığını və yaxın günlərdə ödənişlərin bərpası üçün əmr imzalanacağını deyib.

Alekseyev qeyd edib ki, ödəniş alanların dəqiq sayını əvvəlcədən müəyyən etmək mümkün deyil və bu da büdcə planlaşdırmasını çətinləşdirir. Dondurulmuş konkret ödənişlər göstərilməyib. Regional büdcədə müqavilə imzalandıqda, xəsarət aldıqda və hərbçinin ölümü halında birdəfəlik ödənişlər nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl Tatarıstanda da eyni durum yaranıb və respublikanın rəhbəri Rüstəm Minnixanov RF Müdafiə Nazirliyinə müraciət edərək səfərbərlik zamanı Rusiyanın iri şəhərlərini unutmamağı, xüsusi əməliyyata varlı regionların kişilərinin cəlb etmək tövsiyəsi vermşdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31