Trampın öz partiyadaşından SƏRT ZƏRBƏ: “Bu plan Ukraynaya sülh yox, problem gətirəcək"

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rodjer Uiker Donald Trampın Ukraynaya dair 28 maddəlik sülh planını açıq şəkildə tənqid edib. 

Olaylar.az xəbər verir ki, o, bu sənədin "ciddi problemlər" daşıdığını və faktiki olaraq sülh gətirməyəcəyini bəyan edib.

Uiker bildirib ki, Trampın təqdim etdiyi "sülh planı" adlandırılan bu yanaşma nə Ukraynanın, nə də ABŞ-ın təhlükəsizliyinə xidmət edir:

"Bu planın ciddi problemləri var və onun sülh gətirəcəyinə çox şübhə ilə yanaşıram. Ukraynanı Putinə öz torpaqlarını verməyə məcbur etmək olmaz".

Senator vurğulayıb ki, Ukraynanın silahlı qüvvələrinin sayı və onların yerləşmə yeri ilə bağlı qərarlar yalnız Ukrayna hökumətinə və xalqına məxsus suveren məsələlərdir.

O əlavə edib ki, Putinə verilən istənilən zəmanətlər onun davranışını mükafatlandırmamalı və ABŞ-ın, eləcə də müttəfiqlərinin təhlükəsizliyini zəiflətməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31