Trampın Ukrayna ilə bağlı sülh təklifi Aİ-nin planlarına ziddir
10:47 DünyaABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planı, Avropa İttifaqının Kiyevə dondurulmuş Rusiya aktivləri hesabına kredit ayırmaq niyyətini təhlükə altına qoyub.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, Trampın planında xüsusi bir maddə yer alır və həmin maddə Rusiya aktivlərinin başqa məqsədlər üçün istifadə olunmasını nəzərdə tutur. Bu isə Aİ-nin həmin vəsaitləri Ukraynaya maliyyə dəstəyi kimi yönləndirmək imkanını sual altına alır.
Məsələnin həm Brüssel, həm də Vaşinqton arasında yeni müzakirələrə səbəb olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31