ABŞ generalları Moskvaya gedir
10:36 DünyaBir qrup amerikalı general gələn həftənin sonlarında ABŞ-ın Ukraynaya dair sülh planını müzakirə etmək üçün Moskvaya gedəcək.
Olaylar.az xəbər verir ki, məlumatı Britaniyanın "The Guardian" qəzeti ABŞ-dakı mənbələrə istinadən yayıb.
Qeyd edək ki, noyabrın 20-də ABŞ ordusunun katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Kiyevdə keçirilən görüşdə Prezident Donald Trampın münaqişənin həlli planını Volodimir Zelenskiyə təqdim edib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31