Fiko: Slovakiya Avropa Komissiyasının narazılığını doğuran konstitusiya dəyişikliklərini izah etməyə hazırdır - ÖZƏL

Slovakiya Avropa Komissiyasının narazılığını doğuran konstitusiya dəyişikliklərini izah etməyə hazırdır, - ölkənin Baş naziri Robert Fiko bildirib.

O vurğulayıb ki, bu dəyişikliklər mədəni-etik məsələlərdə Slovakiya qanunvericiliyinin Avropa qanunlarından üstün olduğunu təsbit edir.

"Danışıqlar hər iki tərəf üçün qənaətbəxş nəticə verəcək və Slovakiya Konstitusiyasına toxunmağa ehtiyac qalmayacaq," - deyə Olaylar Fikonun sözlərini sitat gətirib.

Bundan əvvəl Slovakiya Prezidenti Peter Pellegrini yalnız iki cinsin - kişi və qadının tanınmasını nəzərdə tutan konstitusiya dəyişikliklərini təsdiqləmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31