Orban: Avropa Rusiyayla müharibəyə girməməlidir - ÖZƏL

Avropanın Rusiyayla münaqişəyə girməsinin qarşısını almaq və bu toqquşmanın baş verməsinə imkan verməmək vacibdir.

Olaylar xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində bildirib.

"Rus-Ukrayna münaqişəsinə həll tapmaqla yanaşı, Avropanın müharibə yoluna girməsinin qarşısını almaq lazımdır," - Orbanın qeyd edib.

Bundan əvvəl Orban Avropanın müharibə ərəfəsində olduğunu vurğulamışdı.

Rusiya Federasiyasının keçmiş Baş naziri Sergey Stepashin isə bildirib ki, üçüncü dünya müharibəsi hibrid formada olsa da, artıq başlayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31