Qonçarenko: Kiyevi təklif olunan tənzimləmə planını imzalamağa məcbur etmirlər - ÖZƏL

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib ki, Kiyevi ABŞ-ın təklif etdiyi tənzimləmə planını 27 noyabradək imzalamağa məcbur edən yoxdur.

Olaylar bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi 27 noyabradək sənədi imzalamalı olmasa da, həmin tarixə qədər anlayış səviyyəsində razılaşmaya gəlməyə təzyiq göstərilir.

"Bizdən sülh planını 27 noyabra qədər imzalamaq tələb olunmur, lakin bu tarixədək prinsiplər üzrə razılaşma əldə etməyə məcbur edirlər. Sülh planını 27 noyabra qədər imzalamağa isə vaxtımız çatmayacaq", - deyə deputat Telegram kanalında qeyd edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31