Ukraynada “sülh planı” TƏŞVİŞİ - ABŞ-dan XƏBƏRDARLIQ

Tramp administrasiyasının Ukrayna üzrə təklif etdiyi "sülh planı" Kiyev və Avropada ciddi narahatlıq yaradıb.

Olaylar.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri yazır.

Məqalədə bildirilir ki, ABŞ tərəfi Zelenskiyə açıq xəbərdarlıq edib ki, sazişin imzalanması üçün son tarix bu cümə axşamıdır, əks halda silah tədarükü və kəşfiyyat məlumatlarının verilməsi dayandırıla bilər.

Nəşr qeyd edir ki, Ukrayna rəhbərliyi və Avropa paytaxtlarında bu tələbin tonuna görə açıq-aşkar təşviş var.

Qəzet bunu "sülh təşvişi" - "peace panic" kimi təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31