Rusiya ordusu Kupyanski ələ keçirdiyini elan etdi-şəhər “tam təmizləndi”
16:18 DünyaRusiya Müdafiə Nazirliyi Xarkov vilayətində yerləşən Kupyansk şəhəri uğrunda döyüşlərin görüntülərini yayıb.
Olaylar.az xəbər verir ki, nazirliyin məlumatına görə, bölgənin bir hissəsi artıq "Qərb" qruplaşmasına aid hərbi bölmələr tərəfindən nəzarətə götürülüb.
Rəsmi Moskva bildirir ki, şəhərin ətrafındakı bir sıra yaşayış məntəqələri rus qoşunları tərəfindən ələ keçirilib və hücum əməliyyatları davam edir.
Nazirlik əlavə edir ki, Kupyanskin "tam təmizləndiyi" barədə Baş Qərargah rəisi Valeri Gerasimov bu günlərdə Prezident Vladimir Putinə məruzə edib.
Kupyansk Xarkov vilayətinin mühüm nəqliyyat qovşağı sayılır və son aylarda bu istiqamətdə döyüşlər xüsusilə şiddətlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31