Qazaxıstanda ilk Atom Elektrik Stansiyasının tikintisinə 2029-cu ildə başlanılacaq – ÖZƏL
13:46 DünyaQazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisinə 2029-cu ildə başlanılması planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib.
Sədrin sözlərinə görə, gələcək AES-in inşa olunacağı sahədə hazırlıq işləri tam plana uyğun aparılır. Artıq ərazi təhlil edilib, 50-yə yaxın quyu qazılıb, torpaq və radiasiya fonu yoxlanılıb. Su resurslarına nəzarət üçün iki hidropost quraşdırılıb.
Layihə-axtarış işlərinin bir il yarım ərzində yekunlaşması gözlənilir.
Kadr hazırlığı məsələsinə toxunan Satkaliyev, Çinin Qazaxıstanlı tələbələrə 200-ə yaxın təhsil qrantı ayırdığını bildirib. Gənc mütəxəssislər Fransa, Çin, Rusiya və Macarıstan kimi ölkələrin energetika obyektlərində təcrübə keçəcəklər.